Bakıxanov küçəsində yol hərəkəti yenidən qurulur | VİDEO

Bakıxanov küçəsində yol hərəkəti yenidən qurulur |    VİDEO
  26 Noyabr 2025    Oxunub:617
Bakının Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin təşkili ilə əlaqədar yeni layihə həyata keçiriləcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AzVision.az -a verilən xəbərə əsasən, küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir. Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində nəqliyyat vasitələrinin düzünə hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq qabiliyyətini aşağı salaraq sıxlıq yaradır.

Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə burada yeni layihə icra olunacaq. Küçədə zolaqların silinərək yenidən təşkil edilməsi nəticəsində Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq.

Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq, nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.

AzVision.az


Teqlər: AYNA  



Xəbər lenti